İran İsrailə cavab zərbəsi endirməyə başlayıb.
Ulusal.az xəbər verir ki, İsrailə doğru 100-dən çox pilotsuz təyyarə buraxılıb. Bu barədə İsrail ordusunun sözçüsü Efi Defrin məlumat yayıb.
“IDF onları vurmaq üçün çalışır”, – Defrin deyib.
Müxtəlif hesablamalara görə, pilotsuz təyyarələrin İsrailə çatması bir neçə saat çəkəcək.
İyunun 13-nə keçən gecə İsrail İslam Respublikasına qabaqlayıcı zərbə endirib.