BAKI, TurkicWorld
Türkiyə 2025-cü ilin may ayında Qazaxıstana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,3 faiz azalaraq, 10 milyon 116 min 6 dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – may aylarında Türkiyədən Qazaxıstana avtomobil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azalaraq, 43 milyon 897 min 49 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 16 milyard 581 milyon 811 min dollara bərabər olub.
“Bu ilin may ayında Türkiyə 3 milyard 947 milyon 720 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 22,9 faiz artaraq” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 38 milyard 704 milyon 62 min dollar məbləğində avtomobil ixrac edib.