"Tottenhem" yeni baş məşqçi vəzifəsinə Tomas Frankı təyin etdiyini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
London təmsilçisi 51 yaşlı mütəxəssislə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb.
Tomas Frankın son klubu "Brentford" olub. Daha əvvəl mətbuatda "Brentford"un onu 12 milyon avro qarşılığında sərbəst buraxdığı yazılmışdı.
"Tottenhem" son baş məşqçisi Ange Postekoqlunu iyunun 6-da istefaya göndərib.