AZ

“Tottenhem”in yeni baş məşqçisi bəlli oldu - RƏSMİ

Tomas Frank "Tottenhem"in baş məşqçisi təyin olunub. 

Bizim.Media xəbər verir ki, London klubu rəsmi olaraq danimarkalı mütəxəssis Tomas Frankın baş məşqçi təyin olunduğunu elan edib. 

Yeni müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.
 

Mətbuatda yayılan məlumatlara görə, "Tottenhem" Frankın gedişi qarşılığında "Brentford"a 10 milyon funt-sterlinq kompensasiya ödəyəcək.


Xatırladaq ki, klub ötən mövsüm "Tottenhem"i Avropa Liqasının qalibi edən Ange Postekoqlu istefaya göndərmişdi.

Bizim.Media

Seçilən
10
1
bizim.media

2Mənbələr