AZ

Gömrük Məcəlləsinə dəyişiklik edilir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 13 iyun, AZƏRTAC

Gömrük borcunun ödənilməsinə dair yeni qayda müəyyənləşir.

AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 13-də keçirilən iclasının gündəliyinə daxil edilmiş Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, gömrük borcu hesablanmış gömrük ödənişləri üzrə borclu olan və ya bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə əlaqədar yarana biləcək gömrük ödənişləri sahibkarlıq subyekti olmayan fiziki şəxs, habelə bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə edilməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
52
16
azertag.az

10Mənbələr