AZ

Bakıda Dünya kuboku başlayır

Bu gün Bakıda akrobatika üzrə Dünya kuboku start götürür.

İdman.biz xəbər verir ki, yarışda yeddi ölkədən - Azərbaycan, Çin, Almaniya, Ukrayna, Qazaxıstan, Hindistan və Özbəkistandan 63 idmançı çıxış edəcək.

Azərbaycan komandasının heyətində Raziyə Seyidli - Ağasif Rəhimov, Milana Əliyeva - Sabir Ağayev qarışıq cütləri, Murad Rəfiyev - Daniel Abbasov kişilər dueti, Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaihidən ibarət kişilər qrupu, həmçinin Nəzrin Zeyniyeva, Anahita Bəşirli və Zöhrə Rəşidovadan ibarət qadınlar qrupu yer alıb.

Qeyd edək ki, akrobatika üzrə Dünya kuboku iyunun 15-ə kimi davam edəcək.

İdman.biz

Seçilən
16
4
idman.biz

10Mənbələr