Nyu-York şəhərinin meri Erik Adams X sosial şəbəkəsində bildirib ki, İsraillə əlaqəli şəhər obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib.
“Mənə İsrail və İrandakı vəziyyət barədə məlumat verildi və Nyu-York polisinin Terrorla Mübarizə Bölməsi vəziyyəti diqqətlə izləyir. Əvəvlcədən ehtiyatlı olmaq baxımından, İsrailin bizim şəhərdəkiibadət evlərində və diplomatik obyektlərində təhlükəsizliyi gücləndiririk”, - Erik Adams deyib.
![]() |
Tramp: “İsrailin zərbələri mənim üçün sürpriz deyildi”| VİDEO |
Yeri gəlmişkən, Amerika lideri Donald Tramp İsrailin hücumundan sonra “Fox News” telekanalına açıqlamasında bunun onun üçün sürpriz olmadığını bildirib.
Xatırladaq ki, bu gecə İsrail İrana qarşı “Am Kelavi” (“Aslan kimi millət”) kod adlı hərbi əməliyyata başlayıb. İsrailin Hərbi Hava qüvvələrinə məxsus təyyarələri Tehran da daxil olmaqla İranda bir sıra hədəflərə hücum edib.
Sahil İsgəndərov
AzVision.az