Əmtəə bazarlarında qızıl bahalaşma trendini davam etdirir. Son geosiyası hadisələr fonunda qızılın qiyməti 48 dollardan çox artıb.
Ölkə.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə avqust fyuçerslərinin qiyməti 1.4% və ya 47,8 dollar artaraq 3 445.2 ABŞ dollarına bərabər olub. Qızılın spot qiyməti isə 1,18% artaraq 3425 dolları ötüb.