Türk dövlətləri arasında onkologiya sahəsində əməkdaşlıq güclənir.
"Report" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı Onkoloqlarının Birinci Konqresində çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, Azərbaycanın ev sahibliyi etdiyi bu konqres, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında səhiyyə, xüsusən də onkoloji xidmət sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir:
“Bu, birgə elmi-tibbi təcrübə mübadiləsinin, ortaq layihələrin və innovativ yanaşmaların inkişafı üçün platformadır”.