AZ

İranın İsrailə cavabı nə olacaq? -

“İsrail gecə ərzində üç yüzdən artıq İranın operativ və strateji təyinatlı hərbi obyektlərinə hava zərbələri endirməklə, İranın bir neçə yüksək vəzifəli şəxsini yaralayıb və ya məhv edib. Belə olan halda hazırda İran tərəfindən müəyyən xaotik bəyanatlar eşidilməkdədir”. Bunu Metbuat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib. O qeyd edib ki, İranın cavab zərbələrini gözləməyə dəyər: “Çünki heç də İranın bütün raket və pilotsuz aviasiya parkının sıradan çıxarılmasını demək mümkün deyil. Yaxın perspektivdə İsrailə qarşı İranın cavab zərbələri gözlənilir. Əməliyyatların təxminən 7–15 gün arasında davam edə bilər”. “İsrailin əsas hədəfinin İranın ali dini lideri Seyid Əli Xameneinin zərərsizləşdirilməsindən ibarət olacağını düşünürəm”, - deyə Ə.verdiyev qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
31
2
metbuat.az

3Mənbələr