Turkstan.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası iyunun 4-də Qəzzada atəşkəs tələb edən qətnaməyə ABŞ-ın veto qoymasından sonra bu gün keçirilən səsvermədə 12 əleyhinə 149 səslə eyni məzmunlu qətnaməni təsdiqləyib.Turkustan.az xəbər verir ki, Baş Assambleyanın zalında İspaniyanın başçılıq etdiyi və Türkiyənin də daxil olduğu bir çox ölkənin ev sahibliyi etdiyi Qəzzada dərhal atəşkəs tələb edən qanun layihəsi səsə qoyulub.Fövqəladə təcili xüsusi gündəmlə toplanan Baş Assambleyada keçirilən səsvermədə BMT-yə üzv olan 193 ölkədən 149-u “hə” səsi ilə layihəni dəstəklədiyini, 12 ölkə əleyhinə, 19 ölkə isə bitərəf qalıb.ABŞ, İsrail, Macarıstan və Paraqvay qanun layihəsinə “yox” səs verən ölkələr arasında olub.Qərarda ABŞ-ın əsas tələblərindən olan HƏMAS-ın 7 oktyabr 2023-cü il tarixli hücumunu pisləmək və təşkilatı silahı yerə qoymağa və ya Qəzzadan çəkilməyə çağırmağın yer almaması diqqət çəkib.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Aytən Yaşar/ Turkustan.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.