AZ

A Seriyasının qoleadoru klubunu dəyişməyə qərar verdi

"Udineze"nin hücumçusu Lorentso Luka yay "transfer pəncərəsi"ndə klubunu dəyişəcək.

Fanat.Az xəbər verir ki, 24 yaşlı forvard "Napoli"yə keçməyə hazırlaşır. 

İnformasiyanı "Sky Sport Italia" yayıb. Mənbənin məlumatına görə, Luka artıq Neapol klubu ilə şəxsi müqaviləsinin şərtləri ilə bağlı razılığa gəlib. Futbolçu bu keçidə prinsipial razılıq verib və danışıqları klubların öhdəsinə buraxıb. Tərəflərin ilk görüşü gələn həftəyə planlaşdırılıb. "Napoli" müqaviləni mümkün qədər tez bağlayacağına inanır. 

Luka "Udineze"də uğurlu mövsüm keçirirərək meydana çıxdığı 33 matçda 12 qol və 1 məhsuldar ötürmə müəllifi olub. O, komandasının A Seriyasında ən məhsuldar oyunçusu olub.

Mirağa

Seçilən
21
1
fanat.az

2Mənbələr