AZ

Üç cüdoçumuz mübarizəyə başlayır - DÇ

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək.

"Football-plus az" xəbər verir ki, yarışın ilk günündə üç cüdoçumuz mübarizə aparacaq.

Əhməd Yusifov (60 kq) 1/16 finalda yaponiyalı Ryuju Naqayama ilə üz-üzə gələcək.

Leyla Əliyeva (48 kq) 1/32 finalda türkmənistanlı Kurbanay Kurbanova ilə qarşılaşacaq.

Könül Əliyeva (48 kq) 1/32 finalda ABŞ təmsilçisi Mariya Seliya Laborde ilə üz-üzə gələcək.

Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığmamız həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Seçilən
5
12
football-plus.az

10Mənbələr