İran İsrailin bugünkü zərbələrindən sonra hava məkanını bağlayıb. Bu barədə məlumatlı mənbələr məlumat verib.
“Al Mayadeen” telekanalının məlumatına görə, İslam Respublikasının hava məkanı növbəti xəbərdarlığa qədər bağlıdır. İsrailin hücumundan sonra İraqın hava məkanında da nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.
Xatırladaq ki, ötən keçən gecə İsrail Hərbi Hava Qüvvələri İrana hücum edib. İsrail Müdafiə Nazirliyi bu zərbələri “profilaktik” adlandırıb. İlkin məlumata görə, İsrailin hücumu nəticəsində İİR-nin Baş Qərargah rəisi, İİKK komandiri və iki nüvə fiziki həlak olub.
//Samir Qurbanov, Editor.az