ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mingəçevir Dövlət Universiteti (MDU) kafedralar üzrə professor-müəllim vəzifələrinə müddətli əmək müqaviləsi əsasında vakansiya elan edir.
Modern.az-ın məlumata görə, MDU müasir əmək bazarının tələblərinə cavab verən, təcrübəyə əsaslanan tədrisin inkişafını prioritet hesab edərək innovativ düşüncəli və yüksəkixtisaslı kadrların, sənayedə çalışan mütəxəssislərin elmi-pedaqoji prosesə cəlb olunması məqsədilə 165 fənn üzrə 63 vakant yerə qəbul elan edir.
Azərbaycan bölməsi üzrə müvafiq sahədə təcrübəsi olan mütəxəssis və müəllimlərin işə qəbulu aşağıdakı fənlər üzrə aparılır:
Mexanika kafedrası üzrə:
· Yol hərəkətinin təşkilinin əsas istiqamətləri (magistratura);;
· Avtomobil nəqliyyatının müasir problemləri (magistratura);
· Nəqliyyat axınları nəzəriyyəsi;
· Avtomobil konstruksiyalarının təhlükəsizliyi;
· Şəhərin nəqliyyat planlaşdırılması;
· Yol şəraitləri və yol hərəkətinin təhlükəsizliyi;
· Təkərli maşınların hərəkət nəzəriyyəsi;
· Avtomobil nəqliyyatının tarixi və metodologiyası (magistratura);
· Nəqliyyatda informasiya texnologiyaları;
· Yol-nəqliyyat hadisələrinin tədqiqi və avtotexniki ekspertiza;
· Yol hərəkətinin nizamlanma üsulları və alqoritmlər;
· Nəqliyyatda hərəkətin təhlükəsizliyi;
· Kompüter qrafikası;
· Yanma və partlayış nəzəriyyəsi;
· Fövqəladə hallarda kompleks müdafiənin əsasları;
· Qəza xilasetmə işlərinin aparılma taktikası;
· Mülki müdafiə və ilkin tibbi yardım;
· Mülki müdafiə;
· Dəmir yolları;
· Dəmiryol nəqliyyatının hərəkət vasitələrinin elektrik avadanlıqları və enerji qurğuları.
Energetika kafedrası üzrə:
· İdarəetmə nəzəriyyəsi
· Siqnallar və sistemlər
· Elektrik şəbəkələrinin rele mühafizəsi və avtomatikasının müasir məsələlər
· Elektrik sistemlərinin və avadanlıqlarını mühafizəsi
Fizika və ekologiya kafedrası üzrə:
· Ekoloji proqnozlaşdırma (magistratura);
· Ekoloji təhlükəsizlik (magistratura);
· Ekoloji menecment (magistratura);
· Sənaye tullantılarından ətraf mühitin təmizlənməsində fiziki üsulların tətbiqi (magistratura);
· Ekologiyanın tarixi və metodologiyası (magistratura);
· Ekologiyanın müasir problemləri (magistratura);
· Sahil ekosistemlərinin ekologiyası və mühafizəsi;
· Ekoloji audit və menecment xidməti;
· Ekoloji informasiya sistemləri;
· Antropogen ekosistemlər;
· Ətraf mühitin ekoloji və iqtisadi qiymətləndidrilməsi;
· Elmi-tədqiqat üsulları (təbiət elmləri üzrə).
İnformasiya texnologiyaları kafedrası üzrə:
· Neyron şəbəkələr və neyrokompüter texnologiyaları;
· Proqram mühəndisliyi;
· Data-Mining və BIG DATA texnologiyaları;
· Süni intellekt;
· Sistem mühəndisliyi;
· İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri;
· Verilənlər bazalarının təhlükəsizliyi;
· Bulud təhlükəsizliyi;
· Kriptoqrafiyanın əsasları;
· Nüfuzetmə sınaqlarının əsasları;
· Elektronikanın əsasları və İoT təhlükəsizliyi;
· Rəqəmsal sistemlərə kiberhücumlar və onların qarşısının alınması;
· Kompüter steqanoqrafiyası;
· Mobil qurğuların informasiya təhlükəsizliyi;
· Təhlükəsiz proqramlaşdırma (Secure programming);
· Rəqəmsal kriminalistikanın əsasları;
· Sənaye idarəemə sistemlərinin təhlükəsizliyi;
· SƏTƏM;
· Şəbəkələrin təhlükəsizliyi;
· Simsiz və mobil şəbəkələrə giriş (biometrik sistemlər);
· Sistemlərin simulyasiyası;
· Mikroprosessorlar;
· RFİD və kompüter tətbiqləri;
· Bulud hesablamaları və virtuallaşdırma;
· Alqoritmin analizi və hazırlanması üsulları;
· Mobil qurğular üçün proqramlaşdırma;
· Mühəndislər üçün proqramlaşdırma;
· Obyekt yönlü proqramlaşdırma (magistratura);
· Informasiya emalı sistemlərinin riyazi modelləri (magistratura);
· Verilənlərin paylanmış emalı (magistratura);
· Süni intellekt sistemləri (magistratura).
Riyaziyyat kafedrası üzrə:
· Xətti cəbr və analitik həndəsə;
· Riyaziyyatın ibtidai kursunun nəzəri əsaslarının aktual problemləri (magistratura);
· Müqayisələr nəzəriyyəsinin elementləri və onların tətbiqləri (magistratura);
· Kəmiyyətlərin öyrədilməsinin ümumi məsələləri (magistratura);
· Riyazi terminlərin və anlayışların formalaşdırılması texnologiyası (magistratura).
Xarici dillər kafedrası üzrə:
· Xarici dildə işgüzar və akademik kommunikasiya.
Humanitar fənlər kafedrası üzrə:
· Multikulturalizmə giriş;
· Azərbaycan dilində işgüzar və akademik kommunikasiya;
· Fars dili;
· Əski Azərbaycan yazısı;
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
· Məntiqi və tənqidi təfəkkür;
· Orta məktəbdə ədəbiyyat kursunda test tapşırıqlarının həlli metodikası;
· Avropa tarixi;
· Etika və estetika;
· Sosiologiya;
· Fəlsəfə.
Pedaqogika və psixologiya kafedrası üzrə:
· Tətbiqi mexanika;
· Elektrotexnika;
· Qloballaşma və beynəlxalq sosial iş;
· Keys menecment;
· Sosial işdə idarəetmə;
· Sosial işdə tədqiqat metodları;
· Azərbaycanda sosial yardım sistemi;
· Təhsil sistemində sosial iş;
· Ədliyyə sistemində sosial iş;
· Sosial iş təcrübəsiində etik prinsiplər;
· Təşkilatlarla sosial iş;
· Sosial-iqtisadi siyasət və qanunvericilik;
· Sosial antropologiya və milli psixologiya.
· Məktəbəqədər pedaqogikanın tarixi və metodologiyası (magistratura);
· Məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyə işlərinin metodikası (magistratura);
· Nitq inkişafı və onun tədrisinin aktual məsələləri (magistratura);
· Məktəbəqədər təhsildə uşaqların öyrənmə-idrak fəaliyyətinin təşkili (magistratura);
· Uşaqlarda ünsiyyət mədəniyyətinin formalaşdırılması (magistratura);
· Məktəbəqədər təhsildə milli-mənəvi dəyərlər və inteqrasiya (magistratura);
· Ekoloji dayanıqlıq və uşaq şəxsiyyətinin inkişafı (magistratura);
· Məktəbəqədər təhsildə uşaq hüquqları və sosial müdafiə (magistratura).
İqtisadiyyat kafedrası üzrə:
· Mikroiqtisadiyyat;
· Makroiqtisadiyyat;
· Qiymət siyasəti;
· İqtisadiyyata giriş;
· Rəqəmsal iqtisadiyyat;
· Beynəlxalq iqtisadiyyat;
· Beynəlxalq maliyyə;
· Beynəlxalq iqitsadi münasibətlər;
· Vergi mühasibatlığı, vergi borclarının tənzimlənməsi;
· Vergi hüququ;
· Yaşıl maliyyə;
· Maliyyə uçotu;
· İdarəetmə uçotu və korporativ qərarların verilməsi;
· Maliyyə menecmenti;
· Korporativ maliyyə;
· Bank menecmenti;
· Turizm məhsullarının idarə edilməsi;
· Bronlaşdırma sistemləri;
· Turizm marşurtları ekskursiya işinin təşkili;
· Azərbaycanın turizm sənayesi;
· Turizm inkişafının planlaşdırılması;
· Destinasiyaların idarə edilməsi;
· Müalicə və sağlamlıq turizmi;
· Memarlığa giriş;
· Dekorativ tətbiqi sənət;
· Arxeologiya, mədəniyyət və turizm;
· Keyfiyyət əsaslı tədqiqat metodları;
· Kəmiyyət əsaslı tədqiqat metodları;
· Karyera planlaması;
· Yumşaq bacarıqlar;
· Sərt bacarıqlar.
Biznes və menecment kafedrası üzrə:
· Yaşıl iqtisadiyyat;
· Strateji menecment;
· Karyera planlaması;
· Keyfiyyətin idarə edilməsi;
· Menecment;
· İnsan resurslarının idarə edilməsi;
· Firmanın iqtisadiyyatı;
· Rəqəmsal marketinq;
· Müasir idarəetmə yanaşmaları;
· Beynəlxalq menecment;
· Brendinqin əsasları;
· Marketinq tədqiqatları;
· İdarəetmə iqtisadiyyatı;
· Bələdiyyə idarəçiliyi;
· Dövlət idarəçiliyində etika;
· Regional idarəetmə;
· Dövlət idarəçiliyi nəzəriyyəsi;
· Korporativ idarəetmə;
· Sosial media marketinqi;
· Müştəri əlaqələrinin idarə edilməsi;
· Pərakəndə ticarət marketinqi;
· Qərar qəbulu metodları;
· Dövlət qulluğu;
· Beynəlxalq marketinq;
· Marketinq menecmenti (MBA proqramı üzrə);
· Kiçik biznesin menecmenti (MBA proqramı üzrə);
· Davamlı və inkluziv inkişafın idarə edilməsi (magistratura);
· Şəhər təsərrüfatının idarə edilməsi (magistratura);
· Dövlət və bələdiyyə idarəçiliyinin müasir problemləri (magistratura);
· Dövlət qulluğunun təşkili və idarə edilməsi (magistratura).
Vakant vəzifələrə müraciət edən namizədlərə tələblər:
– İxtisas profilinə uyğun istehsalat sferasında təcrübəyə, müvafiq elmi ad və dərəcələrə (minimum magistr təhsilli) malik olan şəxslər müraciət edə bilərlər;
– Tədrisin təşkili ilə bağlı bacarıqlara malik olması;
– 3 illik sənaye təcrübəsinin olması;
– Tədris texnologiyalarından ("MS Office" proqramları – “MS Word”, “MS Excel”, “MS PowerPoint”, “Microsoft Teams” və s.) istifadə bacarığının olması;
– Akademik səviyyədə tədris dilini (Azərbaycan, rus və ya ingilis dili) bilmək;
– Vəzifənin etik davranış qaydalarına sadiqlik;
– Axşam saatlarında (18:30–21:30) tədris aparmaq imkanının olması.
Qeyd: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər.
Maraqlanan şəxslər CV, diplomun surətini (qiymət vərəqəsi) və iddia etdikləri fənn yaxud fənlər üzrə uyğun sillabusu hazırlayıb 2025-ci ilin 12 iyul tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Namizədlər iddia etdikləri fənn yaxud fənlərin adları barədə məktubda məlumat verməlidirlər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.