Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və enerji naziri Olgun Amcaoğlu və Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyinin heyəti MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli və qurumun digər üzvlərilə dərnək mərkəzində bir araya gəliblər.
Modern.az xəbər verir ki, görüş çərçivəsində Rəşad Cabirli İctimai Birliyin fəaliyyəti, həyata keçirilən layihələr və qarşıdakı hədəflər barədə ətraflı məlumat verib və Azərbaycan ilə Şimali Kipr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində birlik və həmrəyliyin mühüm rol oynadığını qeyd edib. Sədr Azərbaycanın yalnız 10 milyonluq daxili bazar olaraq deyil, eyni zamanda Müstəqil Dövlətlər Birliyinə (MDB) açılan strateji körpü kimi dəyərləndirilməsinin vacibliyini vurğulayıb. O, ölkənin potensialının tanıdılması baxımından təqdimat materiallarının əhəmiyyətini önə çəkib və bu məqsədlə nəşr olunan "Azerbaycana Gelmek İçin 101 Neden" kitabını qonaqlara hədiyyə edib.
Nazir Olgun Amcaoğlu isə “bir millət, üç dövlət” ifadəsi ilə xarakterizə etdiyi Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikaları arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, xüsusilə də iqtisadi platformalarda daha da gücləndirilməsinin vacibliyini qeyd edib. O, bu istiqamətdə üçtərəfli əməkdaşlığın inkişafında MÜSİAD Azərbaycan kimi iş adamları təşkilatlarının rolunu yüksək qiymətləndirib.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Görüş zamanı qarşılıqlı investisiya imkanları, xüsusilə turizm, enerji və istehsalat sahələrində potensial əməkdaşlıq layihələri müzakirə olunub, gələcəkdə ortaq təşəbbüslərin həyata keçirilməsi istiqamətində ilkin razılaşmalar əldə olunub. İştirakçılar arasında səmimi ünsiyyət, yeni tanışlıqlar və faydalı fikir mübadiləsi üçün geniş imkanlar yaranıb, müxtəlif sahələr üzrə əməkdaşlıq perspektivləri dəyərləndirilib.
Tədbirin sonunda xatirə fotosu çəkilib, qarşılıqlı olaraq hədiyyələr təqdim olunub. Belə görüşlərin mütəmadi şəkildə təşkilinin, iş dünyasının bir araya gəlməsi və strateji tərəfdaşlığın dərinləşməsi baxımından böyük əhəmiyyət daşıdığı bir daha vurğulanıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.