AZ

Səudiyyə Ərəbistanı İsrailin İrana hücumunu “təcavüz” adlandırdı

Səudiyyə Ərəbistanı hakimiyyəti İsraili kəskin tənqid edərək, İran ərazisinə hava hücumlarını pisləyib.

Krallığın Xarici İşlər Nazirliyinin sosial şəbəkədəki paylaşımında deyilir ki, İsrailin İrana qarşı hərəkətləri dost dövlətin suverenliyinə və təhlükəsizliyinə xələl gətirən təcavüz kimi qiymətləndirilib. Ər-Riyad bu cür hərəkətlərin beynəlxalq hüququn və mövcud normaların açıq şəkildə pozulması olduğunu vurğulayıb.

Xatırladaq ki, aprelin 13-də İsrail silahlı qüvvələri İran ərazisində müxtəlif hədəflərə zərbələr endirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr