AZ

KİV: İsrailin zərbələri nəticəsində İranın Baş Qərargah rəisi və “SEPAH”ın komandanının öldüyü ehtimal edilir

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqirinin İsrailin İrana endirdiyi zərbələr nəticəsində öldüyü ehtimal edilir.

 "Reuters” mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İsrailin hücumu nəticəsində Baş Qərargahın digər yüksək rütbəli zabitləri, eləcə də aparıcı nüvə alimləri də həlak ola bilərdi.

Öz növbəsində "SNN” nəşri hava zərbələri nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salaminin də həlak olduğunu yazıb. "Tasnim” agentliyi Hüseyn Salaminin öldüyünü təsdiqləsə də, İran hökuməti hələlik açıqlama verməyib.
Seçilən
52
7
7news.az

10Mənbələr