“Axşam saatlarında dünyanın əksər aparıcı informasiya mənbələri Bağdada yerləşən dünyadakı ən böyük ABŞ səfirliyinin tamamilə köçürülməsi xəbərini yaymaqla yaxınlaşan fırtınanın aktiv qarşıdurmaya çevrilməsinə an qaldığını açıqladılar.
Sözügedən saatlarda Bağdadın şiə çoxluğunun yaşadığı şərq məhəllələrindən videolar yayılmağa başladı.
Ağır silahlarla təchiz edilmiş böyük bir Həşdi-Şabi silahlı qüvvəsi gün ərzində tədricənsəfirliyə istiqamətlənmiş formada yerləşdirdilər”.
Turkustan.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli sosial şəbəkə hesabında yazıb.
Onun fikrincə, sözügedən addımlar artıq tərəflərin real döyüş əməliyyatlarına keçə biləcəyinin dəqiq ipucu idi:
“Belə bir şəraitdə gözlər Trampın kabinetindən çıxan qərarlarda idi. O, 8 müsəlman ölkəsinə hücum edib, 11 milyon müsəlman öldürən əvvəlki üç prezidentdən fərqli bir əda ilə İsraili meydanda tək qoyduğunu açqlamaqda idi. Amma inandıqmı?
Əsla! Yoxsa niyə İranın ballistik raketlərinin çatacağıməsafədə bütün hərbi və diplomatik təmsilçilərini toplayıb, apardı uzaqlara?!
Və gecə yarısından az keçmiş başlayan hücumlardan səhər xəbər tutduq.
Zərbələr təktərəfli yox, qarşılıqlı şəkildə davam edib.
Burda İran məsələsinə azca ara verib, deyim ki, yaxın günlərdə Venesuelada da eyni hadisələr planlaşdırılır və Maduroya qarşı zəncirin digər halqasına qarşı da ləğvetmə tədbiri başlayacaq.
İndi gələk günün sualına…
- İsrailin hücum edəcəyini bilən İran özü nə üçün preventiv davranaraq hücuma keçmədi?
- İkincisi, hər iki ölkənin kifayət qədər dağıdıcı silahları var və məhz bu detala görə qalibi necə müəyyən etmək mümkün olacaq?
- Daha dağıdıcı olan dahamı qalib sayılacaq?
- İnformasiya savaşında (indiki situasiyaya görə hə, amma İslami həmrəyliyə görə yox) döyüşlər başlamadan məğlub olan İranın real həqiqəti nədir?
- Amerika ilə aparılan son 30 ilə aid danışılmış döyüşlərdən sonra İraqı, Suriyanı, Livanı, Yəməni işğal edən İranın budəfəki mükafatı nə olacaq?
- İranı sözdə hədəf halına gətirməklə onun İslam dünyasında "mağdur" duruma salmaqla haqlı çıxarıb, onun şiə azlığını bu sivilizasiyanın lideri halına salmaq planının hədəfləri nələrdir?
- Türkiyə, Səudiyyə Ərəbistanı, Rusiya və Çin prosesi necə oxumalıdır?
Gələk hücumların nəticəsinə...
Öldürülmüş nüvə alimləri, evləri vurulmuş İran ordusunun generalları və konkret hədəflər...
İran adlı bu ölkədə - karton respublikada heçmi kəşfiyyat qurumları yoxdur və ya onlar baş verənlərin dizayn olunmasından yer alıblar?
İkincisi, bu savaşın bir tamaşa olmadığı və real nəticələrə hesablanmasına inanmaq üçün iki şey baş verməlidir:
1. Əməliyyatlar ən azından iki həftədən az olmayaraq davam etməlidir.
2. İranın Ali Dini Rəhbəri fiziki olaraq sıradan çıxarılmalıdır”./Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta