AZ

“Karvan” Birinci Liqada hamını qabaqladı

“Karvan” futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümündə ən çox azarkeş toplayan komanda olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Birinci Liqada geridə qalmış 2024/2025-ci illər mövsümünün oyunlarını 64 min 595 tamaşaçı izləyib. 135 oyunda orta göstərici 478-ə bərabər olub.

Bu matçlardan ikisinin nəticəsi sonradan ləğv edilsə də, “Difai” – MOİK (40 tamaşaçı) və “Cəbrayıl” – “Qaradağ Lökbatan” (70 tamaşaçı) qarşılaşmaları tamaşaçı sayında nəzərə alınıb.

“Karvan” izləyici sayında hamını böyük fərqlə qabaqlayıb. Yevlax təmsilçisi ev oyunlarında orta hesabla 1950 tamaşaçı toplayıb. “İmişli” 2-ci, “Mingəçevir” 3-cü olub.

8-ci və 24-cü turlarda keçirilən “Karvan” – “Qəbələ” matçlarını daha çox – 3000 tamaşaçı izləyib. Üç görüşdə isə 2500 izləyici qeydə alınıb. Bu, 5-ci turun “Karvan” – “İmişli”, 7-ci turun “Karvan” – “Cəbrayıl” və 22-ci turun “İmişli” – “Karvan” görüşləridir.

 komandatamaşaçıoyunorta
1Karvan27300141950
2İmişli1152014823
3Mingəçevir1023013787
4Zaqatala600013462
5Qəbələ 418014299
6Qaradağ Lökbatan153013118
7Baku Sporting140013108
8MOİK10351474
9Cəbrayıl6801352
10Difai7201451
 Cəmi64595135478
Seçilən
42
11
arena.az

10Mənbələr