AZ

Amerikada senatoru qandalladılar VİDEO

ain.az bildirir, Azvision portalına istinadən.

AzVision.az “Associated Press” agentliyinin yaydığı məumata bistinadən xəbər verir ki, Kristin Noemin prezident Donald Trampın immiqrasiya siyasətinə qarşı Los-Ancelesdəki etirazları müzakirə etdiyi tədbirdə demokratlar partiyasının təmsilçisi “Mən senator Aleks Padillayam və nazirə suallarım var” deyib. Təhlükəsizlik xidmətinin əməkdaşları 52 yaşlı senatoru tədbir keçirilən zaldan zorla çıxarmaq istəyəndə o, almağa “Əllərinizi çəkin!” tələbi ilə müqavimət göstərməyə çalışıb. Əslən Kaliforniyadan olan Padilya təhlükəsizlik işçilərinin onu yerə yıxaraq əllərini qandalladıqlarını bildirib. Daxili Təhlükəsizlik nazirliyi, öz növbəsində, “X” platformasında verdiyi açıqlamada Padilya “hörmətsiz siyasi teatr” törətməkdə da günahlandırıb. “Senator Padilyadan dəfələrlə kənara çəkilmək əmri verildi, lakin o, buna əməl etmədi. Bunu təhdid kimi qiymətləndirən Məxfi Xidmət əməkdaşları protokola uyğun hərəkət etdilər”, - bəyanatda vurğulanır. Hadisə bir neçə demokrat senatorun və ən azı bir respublikaçının kəskin tənqidinə səbəb olub. - Senator Padilla cüssəcə böyük kişidir və ona Nümayəndələr Palatasının xaricində belə rəftar edilməsini görmək hiddətləndirici və yolverilməzdir”, - respublikaçı senator Liza Murkovski Kapitoli binasında jurnalistlərə deyib. Senatdakı demokratlar azlığının lideri Çak Şumer Konqresdə çıxışında baş verən hadisəni qətiyyətlə pisləyib: “Mən indicə qanımı donduran bir şey gördüm - ABŞ senatorunun döyülməsi. Biz baş verənlərlə bağlı dərhal izahat verilməsini tələb edirik”. if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

pic.twitter.com/EGNVntF0uQ

— Newsfeed (@Newsfeed883920) June 12, 2025

Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
2
azvision.az

3Mənbələr