ain.az bildirir, sport24.az saytına əsaslanaraq.
Azərbaycan I Liqasının 2024/2025 mövsümünün oyunlarını 64 min 595 tamaşaçı izləyib. Sport24.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 135 oyunda orta göstərici 478-ə bərabər olub.
Bu matçlardan ikisinin nəticəsi sonradan ləğv edilsə də, "Difai" – MOİK (40 tamaşaçı) və "Cəbrayıl" - "Qaradağ Lökbatan" (70 tamaşaçı) qarşılaşmaları tamaşaçı sayında nəzərə alınıb.
"Karvan" izləyici sayında hamını böyük fərqlə qabaqlayıb. Yevlax təmsilçisi ev oyunlarında orta hesabla 1950 tamaşaçı toplayıb. "İmişli" ikinci, "Mingəçevir" üçüncü olub.
VIII və XXIV turlarda keçirilən "Karvan" – "Qəbələ" matçlarını daha çox – 3000 tamaşaçı izləyib. Üç görüşdə isə 2500 izləyici qeydə alınıb. Bu, V turun "Karvan" – "İmişli", VII turun "Karvan" – "Cəbrayıl" və XXII turun "İmişli" – "Karvan" görüşləridir.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Komanda tamaşaçı oyun orta hesabla
1. "Karvan" 27300 14 1950
2. "İmişli" 11520 14 823
3. "Mingəçevir" 10230 13 787
4. "Zaqatala" 6000 13 462
5. "Qəbələ" 4180 14 299
6. "Qaradağ Lökbatan" 1530 13 118
7. "Baku Sporting" 1400 13 108
8. MOİK 1035 14 74
9. "Cəbrayıl" 680 13 52
10. "Difai" 720 14 51
Cəmi: 64595 135 478
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.