AZ

İran ABŞ-la nüvə danışıqlarını dayandırıb

BAKI, TurkicWorld

İran, İsrailin ölkəyə qarşı həyata keçirdiyi hərbi hücumların ardından ABŞ-la 15 iyun tarixində planlaşdırılan nüvə müzakirələrində iştirak etməyəcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Tehranın ABŞ ilə dolaylı danışıqlara qatılmaqdan imtina etməsi, İsrailin İran ərazisinə, o cümlədən nüvə obyektlərinə endirdiyi hava zərbələrindən sonra qərara alınıb.

Xatırladaq ki, İsrail iyunun 12-dən 13-nə keçən gecə İranın paytaxtı Tehran, Təbriz, İsfahan əyalətində yerləşən Natanz nüvə mərkəzi, eləcə də Loristan və Kirmanşah şəhərlərinə hava hücumları həyata keçirib.

Hücumlar nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Baqeri, İnqilab Keşikçiləri Korpusunun baş komandanı general-polkovnik Hüseyn Salami və bir neçə yüksək rütbəli hərbçi ilə yanaşı, nüvə sahəsində çalışan elm adamları da həlak olub.

Tehrandakı hücumlarda sivil yaşayış məntəqələrinin də hədəfə alınması nəticəsində çox sayda mülki vətəndaşın həyatını itirdiyi bildirilib.

Seçilən
25
turkic.world

1Mənbələr