AZ

Növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

13-15 iyun tarixlərində Bakıda “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək yarmarkada ümumilikdə 20-dək rayondan 50-dən çox fermerin iştirakı gözlənilir. Fermerlər 150-dən çox çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Seçilən
63
7
vergiler.az

10Mənbələr