AZ

İsrail İrana zərbə endirmək üçün 200 təyyarə yerləşdirdi

İyunun 12-də Ağdam rayonu, Maqsudlu kəndi ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı aşkar olunmuş sümük qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
8
avtosfer.az

1Mənbələr