Yenisabah saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Tanınmış aparıcı və şairə Nazilə Səfərli Türkiyənin məşhur aktyoru Ozan Akbabanın həyat yoldaşına səsləndiyi sərt fikirlərlə gündəmə gəlib. O, aktyorun “Uzak Şehir” serialındakı öpüşmə səhnəsinə görə sosial mediada tənqid olunmasını yersiz sayıb və Akbabanın həyat yoldaşını dolayısı ilə qınayıb.
Yenisabah.az xəbər verir ki, Nazilə Səfərli video çıxışında bildirib ki, Ozan Akbaba illərin zəhməti ilə sənətində zirvəyə çatıb və həyat yoldaşının onu qısqanması aktyorun sənətinə kölgə salır:
“Bu Ozan Akbabanın da arvadı bütün canımı boğazıma yığıb. Yəqin mənimlə şərik olanlar olacaq, olmayanlar da olmayacaq. O, yaxşı oğlandır, aktyordur. 40 ilin başında bir dəfə zirvə yaşayır. Sənəti tutub, rolunu da kişi kimi oynayıb. Xəta olub, gedib Sinemi öpüb. Serial sezon finalına çıxır, orada öpüşmək səhnəsi var. "TikTok"a girə bilmirik, "İnstagram"a girə bilmirik. Haranı açırsan, Ozan Akbabanın arvadı ilə öpüşdülər'”.
O, Akbabanın xanımına ünvanladığı fikirlərdə qısqanclığın yersiz olduğunu vurğulayıb:
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
“Evinizdə yatanınız yoxdu? Öpüşməyə guşəniz yoxdu? Gərək başqa kişilər görməlidir ki, sən də öpüşə bilirsən bu cür? Kimə pas ötürürsən ? Yemədik, Bayquş! Bir güzgüyə bax gör nəyə oxşayursan. O cür yaraşıqlı, xarizmatik oğlanı qapmısan, dərdini de. Aktyordu, gedir orada Sinemi öpür, aldığı maaşı da sənə verir, zəqqumlanırsan. İmkan ver, ərin dünyada şöhrət yaşasın. Sən də onunla fəxr elə. Dünənə kimi milyon dəfə rol oynayıb, hardaydın? Arvadsan, otur evində, balalarının içində. Ərin də nigaran qalmasın. Gül kimi oğlanlar gedir, gör kimlərə qismət olur”.
Qeyd edək ki, Ozan Akbaba “Uzak Şehir” serialında baş rollardan birini canlandırır. Serial Azərbaycanda da geniş izləyici auditoriyasına malikdir. Aktyorun final bölümündə aktrisa Sinem Ünsal ilə çəkilən öpüşmə səhnəsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Əsmətxanım
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.