HBO dünya üzrə milyonlarla izləyicisi olan məşhur serial “Euphoria”nın 3-cü sezonu ilə bağlı ilk detalları açıqlayıb.
OLAY yazır ki, platformanın verdiyi rəsmi məlumata görə, yeni mövsüm 8 bölümdən ibarət olacaq və hər bölümün orta müddəti təxminən 1 saat təşkil edəcək.
Zendaya başda olmaqla sevilən aktyor heyətinin geri qayıtması gözlənilən yeni sezonda hadisələrin əvvəlki mövsümlərə nisbətən daha qaranlıq və yetkin mövzularda davam edəcəyi bildirilir. Sezonun yayımlanma tarixi ilə bağlı hələ ki, rəsmi tarix verilməyib.
