İsrail on minlərlə ehtiyat əsgəri səfərbər etməyə başlayıb.
News365.az xəbər verir ki, bu barədə İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir brifinqdə məlumat verib.
"Biz sizə yalnız uğur vəd etmirik. Cavab gözlədiyimiz kimi olmayacaq. Biz özümüzü müdafiə etməyə hazırıq", - Zamir bildirib.
Qeyd edək ki, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb.
Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib. Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib. Buna cavab olaraq İran İsrailə 100-dən çox PUA buraxıb.