AZ

Elçin idarə etdi, ingilislər səfərdə çexlərə qalib gəldi

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev U-21 Avropa çempionatının Çexiya - İngiltərə matçını idarə edib.

Sportinfo.az xəbər verir ki, B qrupunun 1-ci tuunun görüşü Dunayska Stredada keçirilib. Qarşılaşmada İngiltərə 3:1 hesablı qələbə qazanıb.

E.Məsiyev bu oyunda cəmi 1 sarı vərəqə göstərib. O, 1-ci dəqiqədə Elliot Andersonu cəzalandırıb.

Elçin Məsiyevlə yanaşı, bu oyuna yan xətt hakimləri kimi Elşad Abdullayev və Pərvin Talıbov da təyinat almışdılar.

Çexiya - İngiltərə 1:3

Baş hakim: Elçin Məsiyev

Qollar: Fila, 51 - Elliot, 39, Rovi, 48, Kresvill, 76

Seçilən
4
sportinfo.az

1Mənbələr