AZ

Masallıda avtomobil piyadanı vuraraq öldürüb

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının 131-ci km-də, Masallı rayonu ərazisində qeydə alınıb.

Lerik rayon Pirasora kənd sakini 1959-cu il təvəllüdlü Teyyub Bağırovun idarə etdiyi "Nissan" markalı minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

    Seçilən
    24
    4
    bakivaxti.az

    5Mənbələr