AZ

İsrail səfiri: "Əməliyyatlar bir neçə gün davam edə bilər"

İsrailin İrana qarşı hərbi əməliyyatı bir neçə gün davam edə bilər. Bunu İsrailin Fransadakı səfiri Coşua Zarka RTL radiostansiyasının efirində deyib.


“Bu əməliyyat daha bir neçə gün davam edə bilər. Lakin bu, bir neçə aylıq və ya bir neçə həftəlik əməliyyat deyil", - diplomat qeyd edib.


Səfirin sözlərinə görə, İsrailin hücumları müharibə elanı da deyil. Sadəcə zərbələr İranın nüvə proqramı ilə bağlıdır.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib.


Tural

Seçilən
13
news365.az

1Mənbələr