İsrailin hücumları səbəbilə İran ərazisində fövqəladə vəziyyət elan edilib.
“Cebheinfo.az” bu barədə İran mətbuatına istinadən yazır.
İran bütün ölkələr üçün hava məkanını bağlayıb.
Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksəkrütbəli hərbçi və ilkin mılumata görə 6 nüvə alimi öldürülüb.