İsrailin İranın hərbi və nüvə obyektlərinə ağır zərbələrindən sonra ölkənin müxtəlif yerlərində istifadəçilər internet sürətinin kəskin şəkildə aşağı düşüb.
APA xəbər verir ki, bu barədə yerli KİV-də məlumatlar yayılıb.
İsrailin İranın hərbi və nüvə obyektlərinə ağır zərbələrindən sonra ölkənin müxtəlif yerlərində istifadəçilər internet sürətinin kəskin şəkildə aşağı düşdüyün, VPN-lərə çıxışın məhdudlaşdırıldığını bildirirlər.
Yerli məlumatlara görə, Kiş adasının bir çox bölgələrində internet sürəti xeyli aşağı düşüb və bir çox blokerlər sıradan çıxıb. Bu vəziyyət iranlı istifadəçiləri xəbərləri izləmək üçün sosial mediaya və beynəlxalq mediaya sərbəst girişə məhdudiyyətlər tətbiq edilib.
Hələlik İslam Respublikasının rəsmi qurumları bu fasilənin səbəbləri ilə bağlı açıqlama verməyib.