AZ

Netanyahu xalqa müraciət etdi: İranla müharibə uzun sürəcək

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində İranla müharibənin uzun sürəcəyini bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat verib.

"Biz çox uğurlu ilk zərbəni həyata keçirdik: yüksək komandanlığı vurduq, nüvə silahının hazırlanmasında iştirak edən aparıcı alimləri öldürdük və nüvə infrastrukturuna zərbə endirdik. Biz ciddi uğur qazandıq. Amma mən həmçinin başa düşürəm və siz də bunu bilirsiniz ki, heç bir müharibə itkisiz ötüşmür. Biz uzun müddət cəbhə xəttində qalmalıyıq, indiyə qədər öyrəşdiyimizdən daha çox.

Əminəm ki, siz artıq hazırlaşırsınız, sizə lazım olan hər şeyi - yemək, əşyalar, paltarlar yığırsınız. Amma ən başlıcası səbirli olmaq, yolumuzun düzgünlüyünə inanmaq və qələbəyə əmin olmaqdır. Əbəs yerə biz bu əməliyyatı "Allahım xalqımladır" adlandırmamışıq - heç kim Allahın xalqının öhdəsindən gələ bilməz", - Netanyahu bildirib.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Nəticədə bir neçə yüksək rütbəli hərbçi və nüvə alimi öldürülüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
3
oxu.az

4Mənbələr