ABŞ və İran arasında nüvə danışıqlarının növbəti raundu baş tutmayacaq.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Ələddin Borucerdi bildirib.
Onun sözlərinə görə, İran ABŞ ilə iyunun 15-də Omanın paytaxtında keçirilməsi planlaşdırılan nüvə danışıqlarında iştirak etməyəcək.
Qeyd edək ki, ABŞ-nin İranın uranın zənginləşdirmə fəaliyyətlərini tamamilə dayandırması ilə bağlı israrlı olması səbəbindən bir müddət keçirilə bilməyən danışıqların iyunun 15-də Omanda davam edəcəyi bildirilmişdi.