AZ

Milli ilk qələbəsini qazana biləcək? - Qızıl Avropa Liqası

Qadın voleybolçulardan ibarət Qızıl Avropa Liqasında bu gün 3-cü mərhələyə start veriləcək.

"Football-plus.az" xəbər verir ki, millimiz Xorvatiyada keçiriləcək turda ev sahibləri ilə qarşılaşacaq.

4 oyundan sonra aktivində xal olmayan və sonuncu pillədə qərarlaşan Faiq Qarayevin yetirmələri “qara zolaq”dan çıxmağa çalışacaqlar. Turnir cədvəlində 4 xalla 9-cu yerdə qərarlaşan xorvatların da asan təslim olacağı inandırıcı görünmür.

Qızıl Avropa Liqası
6 iyun, 3-cü tur
Azərbaycan - Xorvatiya

Hakimlər: Sabine Uitt (Almaniya), Toni İvkoviç (Xorvatiya)
Zadar, “Kresimir Cosic Sports Hall”. Saat 16.30.

Qeyd edək ki, millimiz sabah Monteneqro yığması ilə qarşılaşacaq.

Seçilən
19
2
football-plus.az

3Mənbələr