AZ

TDT-nin mülki müdafiə mexanizmi təsis ediləcək

Türk Dövlətləri Təşkilatının (TDT) mülki müdafiə mexanizmi təsis ediləcək.

 

Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirə edilən “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”inin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.

 

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

 


Firuzə Əliyeva
Sfera.az

Seçilən
10
1
sfera.az

2Mənbələr