İyunun 12-də Mədəniyyət Nazirliyində Türkiyədə təcrübə keçmiş magistrantlara qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin sertifikatları təqdim olunub.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov layihənin əhəmiyyətini vurğulayıb, magistrantlara uğurlar arzulayıb.
Qeyd edək ki, BDU-nun magistrantları ezamiyyət zamanı Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Hüquq Müşavirliyi və mədəni sərvətlərin bərpası üzrə laboratoriyaların fəaliyyəti ilə yaxından tanış olublar. Tələbələr abidələrin bərpa və konservasiyası, qorunması sahəsində Türkiyənin qabaqcıl mütəxəssisləri görüşüb, laboratoriyalarda bərpa prosesini əyani şəkildə izləyiblər. Bundan əlavə, proqram çərçivəsində tələbələr mədəniyyət sərvətlərinin ölkədən qanunsuz çıxarılması və gətirilməsinin qarşısının alınmasına yönələn UNESCO-nun 1970-ci il Konvensiyasının tətbiqi ilə bağlı məlumat alıblar.
Səfər çərçivəsində magistrantlar eyni zamanda Türkiyə inzibati məhkəmə orqanı – Danıştay, Ankara Bölgə İdarə Məhkəməsi və ölkəmizin Türkiyədəki səfirliyinin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzində də olub, qurumların fəaliyyəti ilə yaxından tanış olmaq imkanı qazanıblar.




5Mənbələr
-
manset.azMədəniyyət Hüququ üzrə magistrantların sertifikatlar verildi - FOTOLAR ( 18188485)
-
demokrat.azBDU-nunMədəniyyət Hüququ üzrə magistrantlarına sertifikatlar təqdim olunub — FOTOLAR ( 18188326)
-
bakivaxti.azBDU nun Mədəniyyət Hüququ üzrə magistrantlarına sertifikatlar təqdim olunub ( 18181888)
-
bakivaxti.azBDU-nun Mədəniyyət Hüququ üzrə magistrantlarına sertifikatlar təqdim olunub ( 18181795)
-
teleqraf.comBDU-nunMədəniyyət Hüququ üzrə magistrantlarına sertifikatlar təqdim olunub ( 18180790)