AZ

İsrail İran PUA-larını vurmağa başladı: Sərhədə çatmamış

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları İranın İsrailə tərəf buraxdığı PUA-ları öz ərazisi hüdudlarından kənarda vurmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.

"İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr bu gün səhər saatlarında İrandan İsrail ərazisinə buraxılan pilotsuz təyyarələri vurmağa başlayıb. Pilotsuz təyyarələr İsrail sərhədləri xaricində ələ keçirilir", - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, ələ keçirilə bilməyən PUA-ların təxminən bir saat ərzində İsrail ərazisinə çatması gözlənilir.
İsrail Müdafiə Nazirliyinin sözçüsü Anna Ukolovanın sözlərinə görə, İsrail hərbi hava qüvvələri İrandan PUA-ların buraxılışını qeydə alıb və İsrail onların qarşısını almağa və vətəndaşlarını qorumağa hazırdır.

Seçilən
3
publika.az

1Mənbələr