Nüvə Silahlarının Qadağan edilməsi üzrə Monitorinq Komitəsi və Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Təşəbbüs (ICAN) 2024-cü ildə qlobal silahlanma xərclərinin 100 milyard dolları ötdüyünü bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
ICAN-ın dərc etdiyi hesabatda 2024-cü ildə nüvə silahına malik 9 ölkənin olacağı bildirilib.
Hesabatda nüvə silahına malik ölkələrin Çin, Fransa, Hindistan, İsrail, Şimali Koreya, Pakistan, Rusiya, İngiltərə və ABŞ olduğu xatırladılıb.
Ötən il ölkələrin bu sahəyə 100 milyard dollardan çox vəsait xərclədiyi qeyd olunub ki, bu da əvvəlki ilə nisbətən 11 faiz artım deməkdir.
Özəl sektorun təkcə 2024-cü ildə nüvə silahı müqavilələrindən ən azı 42,5 milyard dollar qazandığı da bildirilib.