İranla yaşanan gərginlik fonunda İsraildə ehtiyatda olan zabit və əsgərlərin səfərbərliyi elan edilib.
Day.Az bu barədə İsrailin "Ynet" portalına istinadən xəbər verir.
"İsrail Müdafiə Qüvvələri (IDF) 8 saylı əmrə əsasən, ehtiyatda olan minlərlə hərbçini həyati əhəmiyyətli bölmələrə - Hərbi Hava Qüvvələri, Daxili Cəbhə Komandanlığı, Şimal və Mərkəz Komandanlıqları, Hərbi Kəşfiyyat və Tank Əleyhinə Müdafiə Komandanlığına səfərbər edir", - deyə məlumatda bildirilir.