Albaniyanın paytaxtı Tiranada “Davis Cup” tennis turnirinə start verilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycanı bu yarışda Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimov təmsil edirlər.

Turnirin ilk günü idmançılarımız üçün uğurlu olub. Həmyerlilərimiz Andorra tennisçilərinə qalib gəliblər.

Tamerlan Əzizov Erik Servos Noqeri 6-1, 6-3, Kənan Qasımov isə Damyen Jelaberi 6-1, 6-0 hesabı ilə məğlib edib.

Tennisçilərimiz qoşa mübarizədən də qalib ayrılıblar.

Tamerlan Əzizov - Kənan Qasımov cütü Servos Noqer-Damyen Jelaber duetindən üstün olub: 6-2, 6-4.