Azərbaycanın tennis millisi Albaniyanın paytaxtı Tiranada təşkil olunan “Davis Cup” turnirində daha bir qələbə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, ölkəmizi yarışda təmsil edən Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimovdan ibarət yığma turnirin pley-off mərhələsinə yüksəlib.
Tamerlan Əzizov Filippo Tommesanini, Kənan Qasımov isə Marko De Rossini üstələyib.
Azərbaycan millisi 2 turdan sonra komanda hesabında maksimum nəticə ilə qrup 1-cisi kimi pley-offa yüksəlib.
Qeyd edək ki, yığma ilk turda Andorraya qalib gəlib.