AZ

Tennis millimiz “Davis Cup”a qələbə ilə başlayıb

Azərbaycanın tennis millisi Albaniyanın paytaxtı Tiranada təşkil olunan “Davis Cup”a qələbə ilə başlayıb.

Ölkəmizi yarışda yığmanın heyətində Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimov təmsil edir.

Mübarizənin ilk günü milli komanda üçün uğurlu olub. Yığma Andorraya qalib gəlib. Tamerlan Əzizov rəqibi Erik Servos Noqeri 6:1, 6:3 hesabı ilə məğlub edib. Kənan Qasımov Damyen Jelaber ilə qarşılaşmada sevinən tərəf olub - 6:1, 6:0.

Tennisçilərimiz qoşa mübarizədən də qalib ayrılıblar. Tamerlan Əzizov - Kənan Qasımov cütlüyü Servos Noqer - Damyen Jelaber duetini üstələyib - 6:2, 6:4.

Seçilən
13
15
cbcsport.az

10Mənbələr