Albaniyanın paytaxtı Tiranada təşkil olunan “Davis Cup” tennis turnirinə start verilib.
Azərbaycan Tennis Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, ölkəmizi bu yarışda Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimov təmsil edirlər.
Yığma ilk yarış günündə andorralı idmançılara qalib gəlib. Tamerlan Əzizov Erik Servos Noqeri 6-1, 6-3 hesabı ilə məğlub edib. Kənan Qasımov Damyen Jelaber ilə qarşılaşmada sevinən tərəf olub - 6-1, 6-0.
Milli üzvləri qoşa mübarizədən də qalib ayrılıblar. Tamerlan Əzizov - Kənan Qasımov cütü Servos Noqer - Damyen Jelaber duetini üstələyib: 6-2, 6-4.