“Real”ın yeni transferi Trent Aleksander-Arnold açıqlama verib.
Futbolpress.az xəbər verir ki, cinah müdafiəçisi “kral klubu”na keçidi haqda danışıb:
“Menecerdən təklif gələndə “hara gedəcəyəm” deyə soruşmadım. Soruşduğum tək şey “Real”dır, yoxsa yox” oldu. “Liverpul”dan yalnız “Real” üçün ayrılardım”.
“Real” Trentlə 6 illik müqavilə imzalayıb. “Liverpul”la müqaviləsi başa çatan futbolçu “kral klubu”na azad agent kimi keçib.