AZ

Vətəndaşların nəzərinə: Bu ölkəyə biletiniz varsa, ləğv edin, yoxsa pulunuz batacaq

Azərbaycanda və Çin arasında viza rejiminin ləğv olunduğu xəbəri artıq yayımlanıb.

Həmin saziş 2025-ci il aprelin 23-də Pekində imzalanıb və Prezident İlham Əliyev ötən gün bu sənədi təsdiqləyib. Buna baxmayaraq, vətəndaşlar hələ də Çinə səfər etmək üçün vizanın lazım olduğunu bildirirlər. Sosial şəbəkələrdə narazılıqlar artmaqdadır. Bəzi şəxslər bilet aldığını, uçuş tarixi yaxınlaşdığı halda, viza tələb edildiyini və bu səbəbdən 300-400 manat arası əlavə xərc çəkdiklərini qeyd edirlər.

İndi vəziyyət nə yerdədir və Azərbaycan vətəndaşları Çinə vizasız səfəri nə vaxtdan reallaşdıra biləcəklər?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadiyyat üzrə fəlsəfə doktoru Günay Hüseynova bildirib ki, 2025-ci il, aprelin 23-də Pekində saziş imzalandı.

G. Hüseynovanın sözlərinə görə, hər iki ölkə viza rejimi ilə bağlı saziş imsalasa da müəyyən ratifikasiya müddəti var. Yəni, o müddət keçdikdən sonra hər iki tərəfdəki məsul şəxslər imza atdıqdan sonra artıq vizasız rejimdə vətəndaşlar sərbəst hərəkət edə bilərlər.

Cənab prezident tərəfindən ötən gün saziş imzalandı. Lakin qarşı tərəfdən ratifikasiya imzalanmasını üçün hal-hazırda Azərbaycan vətəndaşları Çinə vizasız rejimlə səyahət edə bilmirlər. Onun üçün də biletini alan vətəndaşlara tövsiyyə olunur ki, ilk növbədə ratifikasiya müddətini gözləsinlər. Ratifikasiya müddətinin təsdiqi də hər iki ölkənin Xarici İşlər Nazirliyinin saytında qeyd olunacaq. Eynilə də Azərbaycan vətəndaşları Çinə xarici səfərdən əvvəl Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin səhifəsində, elanlar bölməsində həmin yazını görməlidirlər. Ondan sonra biletlərini ala, otelin ödənişini edə bilərlər. Ilk növbədə vətəndaşlara tövsiyyə olunur ki, əgər hal-hazırda, yaxın tarixlərdə biletləri varsa da onları ləğv etsinlər və ödənişlərini geri alsınlar. Bildiyiniz kimi, son 72 və 24 saat qala, biletlər ləğv olunmur, ödəniş geri qaytarılmır. Ola bilər ki, qarşı tərəfdən ratifikasiya iyul və yaxud avqust ayında imzalandı. Əvvəlcədən söz demək mümkün deyil. Çünki birbaşa həmin ölkə ilə əlaqədardır.

Dəniz Pənahova

Seçilən
17
2
tribunainfo.az

3Mənbələr