AZ

İranın Baş Qərargah rəisi evində öldürülüb - Rəsmi

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqerinin İsrailin İrana endirdiyi zərbələr nəticəsində öldüyü güman edilir.

“Bakuinfo” xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İsrailin hücumu nəticəsində Baş Qərargahın digər yüksək rütbəli zabitləri də həlak olmuş ola bilər.

İran tərəfi hələlik bu iddia ilə bağlı heç bir açıqlama verməyib.

***

IRNA xəbər verir ki, İran tərəfi Baş Qərargah rəisinin öldürülməsi ilə bağlı xəbəri təkzib edib.

***

“Fars” xəbər agentliyi xəbər verir ki, Məhəmməd Baqeri İsrailin endirdiyi zərbə nəticəsində həlak olub. Məlumata görə, İran Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani də zərbələr nəticəsində ağır yaralanıb.

Xəbəri hələlik ölkənin digər KİV-ləri təsdiqləməyib. Qeyd edək ki, Məhəmməd Baqerinin ölümü  barədə gecədən bəri xarici KİV-də xəbərlər yayılır. IRNA isə daha əvvəl məlumatı təkzib etmişdi.

***

İran dövlət televiziyası Baş Qərargah rəisi Baqerinin evinə hücum edildiyini və onun hücum nəticəsində həlak olduğunu rəsmən açıqlayıb.

Seçilən
42
3
bakuinfo.net

5Mənbələr