AZ

II qrupun lideri bu ixtisası SEÇƏCƏK

Il qrup üzrə ən yüksək nəticə göstərən Xədicə İsmayılzadə (680 bal) Bakı Ali Neft Məktəbinin (BANM) maliyyə ixtisasını seçir.

Buraxılış imtahanında da maksimum nəticə – 300 bal toplayan Xədicə Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) məzunudur.

Modern.az BANM-a istinadən xəbər verir ki, rektor Elmar Qasımovla görüşdə Xədicə İsmayılzadə maliyyə ixtisası üzrə təhsil almaq istədiyini bildirib. Rektor bu seçimdən məmnunluğunu ifadə edərək Xədicəyə təhsil həyatında uğurlar arzulayıb.

Daha sonra kampus turu təşkil olunub. Strateji inkişaf üzrə prorektor Güldənə Hidayətli ali məktəbdəki tədris prosesi və tələbələr üçün yaradılmış imkanlar barədə danışıb.

Seçilən
33
2
modern.az

3Mənbələr