AZ

“Son Zəng” günü ilə bağlı rəsmi çağırış: “Məsuliyyətli olun”- DİN

İyunun 14-də ölkənin bütün məktəblərində ənənəvi “Son Zəng” mərasimləri keçiriləcək. Bu münasibətlə hüquq-mühafizə orqanları və ictimaiyyətə məsuliyyətli davranışla bağlı çağırış edilib. 


Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, həmin gün polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparacaq.

 

Məktəblərin ətrafında nəzarət artırılacaq, ictimai asayişin qorunması, yol hərəkətinin təhlükəsizliyi və dayanma-durma qaydalarına əməl olunması xüsusi nəzarətdə olacaq. Valideynlərə də xüsusi müraciət olunub. 


Qeyd edilir ki, sürücülük hüququ olmayan məzunlara avtomobil verilməsi yolverilməzdir. Bu, qanun pozuntusu olmaqla yanaşı, həm də ciddi təhlükə yarada bilər. 
“Bu sevincli günün faciəyə çevrilməməsi üçün hər kəs məsuliyyətli davranmalıdır”, – deyə Elşad Hacıyev vurğulayıb.


Bəsti Rəfizadə
Sfera.az

Seçilən
51
sfera.az

1Mənbələr